Azərbaycanın bir sıra bölgələrində müşahidə olunan yağıntılı və küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. İyunun 2-si saat 15:00-a olan göstəricilərə görə, ölkə ərazisində şimal-qərb küləyi əsir.
Küləyin maksimal sürəti aşağıdakı kimi qeydə alınıb:
- 26 m/s: Bakı, Abşeron yarımadası və Naftalan;
- 23 m/s: Goranboy;
- 22 m/s: Mingəçevir;
- 20 m/s: Tovuz və Şahdağ;
- 18 m/s: Kəlbəcər, Bərdə və Ağdam;
- 16 m/s: Şabran və Tərtər;
- 15 m/s: Lerik, Oğuz, Şəki və Yevlax.
Eyni zamanda, Daşkəsən, Gədəbəy, Gəncə, Mingəçevir, Qəbələ, Balakən, Zaqatala, Şəki, Quba, Şahdağ, Qusar, Qax (Sarıbaş) və Şabran ərazilərində arabir yağış yağır.