Operativ Məlumat Mərkəzi

Stoltenberq NATO müttəfiqlərini Ukraynaya daha çox sursat verməyə çağırıb

1 dəq
Paylaş:
Stoltenberq NATO müttəfiqlərini Ukraynaya daha çox sursat verməyə çağırıb
bu barədə xarici KİV məlumat yayıb. Ukraynanın cəsarətinin deyil, sursatının azaldığını bildirən Stoltenberq, "NATO müttəfiqləri Ukraynaya kifayət qədər...

NATO-nun baş katibi Yens Stoltenberq müttəfiqlərin Ukraynaya verdiyi sursatın kifayət etmədiyini bildirib və daha çox silah tələb edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Ukraynanın cəsarətinin deyil, sursatının azaldığını bildirən Stoltenberq, "NATO müttəfiqləri Ukraynaya kifayət qədər sursat vermir. Bunun fəsadları hər gün döyüş meydanında əks olunur",- deyə bildirib.

"Ona görə də müttəfiqlərin Ukraynanı daha çox silah-sursatla təmin etmək və hərəkətə keçmək üçün lazımi qərarlar qəbul etmələrinə təcili ehtiyac var. Bu mənim bütün paytaxtlara mesajımdır",- deyə baş katib vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər