Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

ABŞ və İran arasında razılaşmanın təfərrüatları məlum olub

2 dəq
Paylaş:
ABŞ və İran arasında razılaşmanın təfərrüatları məlum olub

və İran arasında əldə olunan razılaşma sənədində qeyri-müəyyən ifadələrə yer verilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bu yanaşmanın qarşıdan gələn texniki üçün daha əlverişli mühit yaratmaq məqsədi daşıdığı bildirilir.

Mənbələr vurğulayır ki, sənəd daha çox "siyasi xarakterli" bir sənəd hesab olunur və əsas diqqət onun mətnindən daha çox, tərəflərin əldə etdiyi şifahi razılaşmalara yönəldilməlidir.

Sənəddə İranın silahı istehsal etməyəcəyinə dair öhdəliyi təsdiqlənir. Maraqlıdır ki, bu öhdəlik hələ 2015-ci ildə Barak Obama administrasiyası dövründə imzalanmış nüvə sazişində də yer alırdı.

Bununla yanaşı, rəsmi sənəddə əks olunmayan, lakin İranın ABŞ-yə verdiyi qeyri-rəsmi vədlər də mövcuddur.

Məlumata görə, tərəfi MAQATE ilə koordinasiyalı şəkildə zənginləşdirilmiş nüvə materiallarının məhv edilməsi prosesində iştirak etməyə hazır olduğunu bildirib.

Sanksiyaların aradan qaldırılması məsələsi birbaşa İranın atacağı addımlardan asılı olacaq. Rəsmilərin sözlərinə görə, Tehranın iqtisadi fayda əldə etməsi üçün nüvə silahından imtina, zənginləşdirilmiş uranın neytrallaşdırılması və Hörmüz boğazında gəmiçilik azadlığına müdaxilə etməmək kimi şərtlərə tam əməl etməsi tələb olunur.

Xatırladaq ki, İranın naziri Abbas Araqçı iyunun 19-da tərəflər arasında nüvə proqramı və sanksiyalar mövzusunda yeni danışıqlar mərhələsinin başlayacağını elan edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax