ABŞ Energetika Nazirliyi Beynəlxalq Enerji Agentliyinın planları çərçivəsində Strateji Neft Ehtiyatından (SPR) 10 milyon barelə qədər neftin təcili şəkildə bazara buraxılmasına başlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, bu neft borc formasında veriləcək və 2027-ci ilə qədər əlavə barellərlə geri qaytarılacaq.
Qeyd olunub ki, bu mübadilə neft emalı şirkətlərinə və bazara dərhal neft əldə etməyə imkan verir və eyni zamanda vergi ödəyicilərinin vəsaiti istifadə olunmadan ABŞ xalqı üçün əlavə ehtiyatların təmin olunmasına şərait yaradır.
Neft Bryan Mound anbarından (Texas ştatı) tədarük ediləcək.
Bundan əvvəl Beynəlxalq Enerji Agentliyinın üzv ölkələri Yaxın Şərqdəki münaqişə fonunda bazarı sabitləşdirmək üçün strateji ehtiyatlardan 400 milyon barel neft ayrılması barədə razılığa gəliblər. ABŞ isə 172 milyon barel neft ayırmağı öhdəsinə götürüb və artıq Bayou Choctaw, West Hackberry (Luiziana ştatı) və Bryan Mound (Texas ştatı) anbarlarından 45,2 milyon barel neft buraxıb.