Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

ABŞ Xameneinin oğlunu izləyir

2 dəq
Paylaş:
ABŞ Xameneinin oğlunu izləyir

ABŞ orqanları İranda baş tutacaq yeni ali seçkilərini və bu ətrafda cərəyan edən prosesləri diqqətlə izləyir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Ağ Evin katibi Livit məlumat verib.

O, İranın mərhum ali rəhbəri Ayətullah Əli Xameneinin oğlu Müctəba Xameneinin ölkənin yeni ali seçilməsi ehtimalı ilə bağlı mediada yayılan xəbərlərə münasibət bildirərkən deyib:

"Əlbəttə ki, biz bu barədə də məlumatlar görmüşük. Kəşfiyyat orqanlarımız bunu yaxından izləyir və araşdırır. Həqiqət budur ki, nə baş verəcəyini gözləməli olacağıq".

Xatırladaq ki, "The New York Times" qəzeti Ekspertlər Şurasının çərşənbə günü səhər tezdən Müctəba Xameneini yeni ali rəhbər elan etməyə hazır olduğunu yazıb. Lakin bəzi şura üzvləri bu addımın onu ABŞİsrail hücumlarının hədəfinə çevirəcəyindən narahatlıqlarını ifadə ediblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax