Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

ABŞ gəmisi İran tərəfindən vuruldu? Vaşinqtondan rəsmi cavab - YENİLƏNİB 1

2 dəq
Paylaş:
ABŞ gəmisi İran tərəfindən vuruldu? Vaşinqtondan rəsmi cavab - YENİLƏNİB 1

Vaşinqton İranın -nin gəmisini raketlə vurması xəbərini təkzib edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər veri ki, bu barədə "Axios"un əməkdaşı Barak Ravid "X" hesabında yüksək rütbəli ABŞ rəsmisinə istinadən məlumat yayıb.

***

İran Dəniz Qüvvələri boğazından keçmək istəyən ABŞ hərbi gəmilərindən birinə zərbələri endirib.

“Operativ Məlumat Mərkəzi-OMM” “Fars”a istinadən xəbər verir ki, atılan iki raket hədəfə dəyib.

Bildirilib ki, ABŞ hərbi gəmisinin xəbərdarlıqlara məhəl qoymamasından sonra raket zərbəsi endirilib.

“Bundan sonra gəmi geri qayıtmağa məcbur olub”, - məlumatda qeyd olunub.

Hadisə nəticəsində hər hansı tələfatla bağlı məlumat yoxdur.

***

İran Hörmüz boğazında ABŞ hərbi gəmisini iki raketlə vurub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Yaxın Şərq mediası yerli mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, raketlər ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmiyə Cask adası yaxınlığında dəyib. Hücum gəminin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) dayanmaq tələbinin nəzərə almamasından sonra həyata keçirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax