Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

ABŞ İrana qarşı yeni hərbi əməliyyat planlarını müzakirə edir

2 dəq
Paylaş:
ABŞ İrana qarşı yeni hərbi əməliyyat planlarını müzakirə edir

ABŞ Mərkəzi Komandanlığının rəhbəri Bred Kuper 30 apreldə İrana qarşı mümkün hərbi əməliyyatların bərpası ilə bağlı yeni ssenariləri ABŞ Prezidenti Trampa təqdim edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.

Bu addım Tramp administrasiyasının danışıqlarda yaranmış çıxılmaz vəziyyəti aradan qaldırmaq və ya münaqişə fonunda “həlledici zərbə” endirmək məqsədilə genişmiqyaslı hərbi əməliyyatları yenidən nəzərdən keçirdiyini göstərir.

Məlumata görə, Pentaqon İrana qarşı “qısa və güclü” hava zərbələri dalğası həyata keçirmək planı üzərində də işləyir. Bu ssenariyə əsasən, bir neçə ardıcıl hücumdan sonra ABŞ İranı danışıqlara geri dönməyə və daha çevik mövqe sərgiləməyə məcbur etməyi hədəfləyir.

Bildirilib ki, digər mümkün variantlardan biri boğazının bir hissəsinə nəzarətin ələ keçirilməsi və bununla ticarət gəmilərinin hərəkətinin təmin edilməsidir. "Axios"un məlumatına görə, bu quru qoşunlarının istifadəsini də əhatə edə bilər.

Qeyd olunub ki, daha bir ssenari İranın yüksək dərəcədə zənginləşdirilmiş nüvə yanacağı ehtiyatlarının xüsusi təyinatlı qüvvələr vasitəsilə ələ keçirilməsini nəzərdə tutur.

Məlumata əsasən, prezidentə təqdim ediləcək brifinqdə Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn də iştirak edəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax