Tramp administrasiyası İranda mümkün rejim dəyişikliyi halında müvəqqəti hökumətin yaradılmasını nəzərdə tutan plan üzərində işləyir.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, bu barədə “The National” mənbələrə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, sözügedən layihə üzərində ABŞ Prezidentinin kürəkəni Cared Kuşner çalışır.
Bildirilir ki, Kuşnerin məqsədi mövcud rejimin süqutu halında keçid hakimiyyətinin formalaşdırılması ilə bağlı məsləhətləşmələr aparmaq üçün bir qrup İran-Amerika iş adamını bir araya gətirməkdir.
Mənbənin sözlərinə görə, Ağ Ev rəsmiləri yaxın günlərdə Florida ştatının Palm Biç şəhərində İran müxalifətinin nümayəndələri ilə görüşməyi planlaşdırırlar.