Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Qadın hərbçilər üçün müddət 6 aya endirildi

2 dəq
Paylaş:
Qadın hərbçilər üçün müddət 6 aya endirildi

qadın üçün müddətdən artıq (MAXE) müddətinin 3 ildən 6 ayadək azaldılmasını nəzərdə tutan qanun layihəsini birinci oxunuşda qəbul edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, parlamentin plenar iclasında müzakirəyə çıxarılan sənəd "Hərbi xidmətkeçmə haqqında" Əsasnamə"Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlara dəyişiklikləri əhatə edir.

Layihənin əsas hədəfi xidmətə yeni başlayan qadın hərbi qulluqçuların adaptasiya prosesini daha səmərəli təşkil etmək və bu sahədəki praktiki çətinlikləri aradan qaldırmaqdır.

Qüvvədə olan qanunvericiliyin 38.1.2-ci maddəsinə əsasən, ehtiyatdan daxil olanlar və qadınlar üçün ilkin müqavilə müddəti 3 il olaraq müəyyən edilmişdi. Lakin kişi vətəndaşlardan fərqli olaraq, qadınlar əvvəlcədən müddətli həqiqi hərbi xidmət keçmədikləri üçün birbaşa xidmət şəraitinə uyğunlaşmaqda çətinlik çəkirlər.

Dərhal 3 illik öhdəliyin götürülməsi, bir çox hallarda ailə vəziyyəti və digər səbəblərdən xidmətin vaxtından əvvəl dayandırılmasına səbəb olur ki, bu da kadr sabitliyinə mənfi təsir göstərir.

Yeni dəyişikliklə ilkin müddətin 6 aya endirilməsi təklif olunur. Bu addım qadın hərbçilərin xidmətə uyğunlaşma imkanlarını artıracaq, kadr axınını azaldacaq və hərbi xidmətin təşkilinin səmərəliliyini yüksəldəcək.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Milli Məclis

Hamısına bax