Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan Balakən rayon icra hakimiyyətinin sabiq başçısı İslam Rzayev barəsində seçilmiş həbs qətimkan tədbiri 3 ay müddətinə uzadılıb.
"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu barədə Səbail Rayon Məhkəməsində müvafiq qərar qəbul olunub.
Xatırladaq ki, 2025-ci ilin oktyabr ayında Balakən Rayon İcra Hakimiyyətində DTX-nin keçirdiyi xüsusi əməliyyat nəticəsində sabiq icra başçısı İ.Rzayev saxlanılıb.
İslam Rzayev AR Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 311.3.2 (təkrar rüşvət alma) maddələri ilə ittiham olunur.