İraq parlamentinin sədri Məhəmməd əl-Halbusi parlament nümayəndə heyəti ilə birlikdə İranın paytaxtı Tehrana səfər edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, səfərin əsas məqsədi fevralın 28-də ABŞ və İsrailin birgə hücumu nəticəsində həlak olduğu bildirilən İslam İnqilabının lideri Ayətullah Seyid Əli Xameneinin dəfn mərasimində iştirak etmək olub.
Məlumata görə, Məhəmməd əl-Halbusi rəhbərlik etdiyi nümayəndə heyəti Tehranda keçirilən mərasim çərçivəsində digər ölkələrdən gələn yüksək səviyyəli nümayəndələrlə birlikdə tədbirdə iştirak edib.
Bildirilir ki, dəfn mərasimi zamanı İran İslam Şurası Məclisinin sədri Məhəmməd Bağır Qalibaf ilə İraq parlamentinin sədri arasında ikitərəfli görüş də baş tutub. Tərəflərin mərasimin kənarında bir araya gələrək fikir mübadiləsi apardıqları qeyd olunur.
Hazırda görüşün detalları və müzakirə olunan konkret məsələlər barədə rəsmi məlumat verilməyib.