Əsas məzmuna keç

Söyüdlü kəndi və ətrafında xüsusi cihazlarla hava ölçüləri aparılıb

Söyüdlü kəndi və ətrafında xüsusi cihazlarla hava ölçüləri aparılıb

" rayonun Söyüdlü kəndi və ətrafında xüsusi cihazlarla hava ölçüləri aparılıb. Havanın keyfiyyəti öyrənilib. Orada hər hansı bir qorxulu amillər yoxdur".

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bunu Gədəbəyin Söyüdlü kəndindəki vəziyyətin araşdırılması üçün Komissiyanın sədri, ekologiya və təbii sərvətlər naziri sakinlərlə görüşü zamanı deyib.

Komissiya sədri bildirib ki, havada texniki qazların parametrləri norma çərçivəsindədir:

"Sizi narahat edən sianidin buxarlanması nəticəsində olan tərkib havada yoxdur. Torpaq və su ilə bağlı da nümunələr xüsusi laboratiyada analiz ediləcək. Nəticəni sizinlə bölüşəcəyik ".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…