Cənubi Koreyanın şimalındakı Qapyonq dairəsində orduya məxsus "AH-1S Cobra" tipli hücum helikopteri təlim uçuşu zamanı qəzaya uğrayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, qəza nəticəsində ağır yaralanan iki ekipaj üzvü dərhal yaxınlıqdakı xəstəxanalara təxliyə edilsə də, həkimlərin səylərinə baxmayaraq onların həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.
Baş vermiş faciə ilə əlaqədar ordu rəhbərliyi tərəfindən bütün "AH-1S" tipli helikopterlərin istismarı müvəqqəti olaraq dayandırılıb, qəzanın səbəblərini araşdırmaq üçün xüsusi fövqəladə cavab qrupu yaradılıb, hadisə yerində təhlükəsizlik tədbirləri gücləndirilib və təhqiqat işlərinə başlanılıb.
Məlumata görə, sözügedən təlim mühərriki söndürmədən təcili eniş prosedurlarının məşq edilməsindən ibarət olub. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.