Cənubi Koreya Yaxın Şərqdəki vəziyyəti və ikitərəfli məsələləri müzakirə etmək üçün İrana xüsusi nümayəndə göndərəcək.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Cənubi Koreya XİN məlumat yayıb.
Cənubi Koreyanın xarici işlər naziri iranlı həmkarı ilə telefon danışığı zamanı Hörmüz boğazından sərbəst naviqasiyanın təmin edilməsinin vacibliyini vurğulayıb.