ABŞ və İran arasında davam edən hərbi gərginlik fonunda Hörmüz boğazında təhlükəsizlik məsələləri daha da aktuallaşıb. Cənubi Koreyanın isə bölgəyə hərbi kontingent göndərməyi planlaşdırdığı iddia edilir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Cənubi Koreya mətbuatı hökumət mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Seul Hörmüz boğazında gəmilərin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə bölgəyə hərbi qüvvələr göndərməyi planlaşdırır. Kontingentin yerləşdirilməsinin ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur.
Hələlik Cənubi Koreyanın rəsmi qurumları sözügedən planla bağlı ətraflı açıqlama verməyib. Bununla belə, bölgədə hərbi hazırlıqların sürətləndirildiyi bildirilir.