Edinburqda gəminin aşması nəticəsində 25 nəfər xəsarət alıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Şotlandiya Təcili Yardım Xidməti 15 nəfərin xəstəxanaya aparıldığını, 10 nəfərin isə Leith ştatının Imperial Dock-da hadisəsinin baş verdiyi yerdə müalicə olunduğunu bildirib.
Sosial şəbəkələrdə yayılan şəkillərdə 3000 tonluq gəminin 45 dərəcə bucaq altında əyildiyi görünür.