Sosial Tədqiqatlar Mərkəzinin fəaliyyəti genişləndirilib

Sosial Tədqiqatlar Mərkəzinin fəaliyyəti genişləndirilib
09.08.2024 20:45
Aa
dəq

“Sosial Tədqiqatlar Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 12 aprel tarixli 624 nömrəli Fərmanında dəyişiklik edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.

Belə ki, Mərkəzin strukturu, əməyin ödənişi fondu, işçilərinin say həddi və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləği Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq edilir. Müəyyən edilmiş struktur, əməyin ödənişi fondu və işçilərin say həddi daxilində Mərkəzin Aparatının və digər struktur bölmələrinin strukturunu, ştat cədvəlini və xərclər smetasını təsdiq edir.

Dəyişikliyə əsasən, fərmana aşağıdakı bəndlər əlavə edilib:

Sosial tədqiqatlar sahəsində elektron xidmətləri “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq təşkil etmək;

Mərkəzin informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək,

Sosial tədqiqatlar sahəsində beynəlxalq müqavilələrə Azərbaycan Respublikasının tərəfdar çıxması barədə təkliflər vermək.

Digər dəyişikliyə görə, Mərkəzin mənfəəti bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün yalnız Azərbaycan Respublikası Prezidentinin qərarı ilə dövlət büdcəsinə köçürülə bilər.

Həftənin ən çox oxunanları

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın işinin təşkili üçün işçi qruplar yaradılacaq

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın işinin təşkili üçün işçi qruplar yaradılacaq
DAVAMIN OXU davamın oxu

Cəbrayıl rayonunda Litvanın “Dominari” şirkətinin mebel klasterinin təməli qoyulub - YENİLƏNİB

Cəbrayıl rayonunda Litvanın “Dominari” şirkətinin mebel klasterinin təməli qoyulub - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Prezident Cəbrayılın Soltanlı kəndində damazlıq yumurta istehsalı fabrikinin təməlini qoyub - YENİLƏNİB

Prezident Cəbrayılın Soltanlı kəndində damazlıq yumurta istehsalı fabrikinin təməlini qoyub  - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev Cəbrayıl rayonuna gedib - YENİLƏNİB

Prezident İlham Əliyev Cəbrayıl rayonuna gedib - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Zəngilan rayonunda “Sarıqışlar” Su Elektrik Stansiyası istifadəyə verilib

Zəngilan rayonunda “Sarıqışlar” Su Elektrik Stansiyası istifadəyə verilib
DAVAMIN OXU davamın oxu