Operativ Məlumat Mərkəzi

Son üç ildə 334 Azərbaycan vətəndaşı mina qurbanı olub

1 dəq
Paylaş:
Son üç ildə 334 Azərbaycan vətəndaşı mina qurbanı olub
bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında yazıb. O...

2020-ci il noyabrın 10-dan 2023-cü il oktyabrın 26-dək 334 Azərbaycan vətəndaşı minaya düşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında yazıb.

O qeyd edib ki, 334 nəfərdən 65-i həyatını itirib, 269 nəfər isə yaralanıb. Ölənlərdən 50 nəfər mülki vətəndaş, 15 nəfər isə hərbçidir. Yaralananlar arasında isə 105 mülki, 164 hərbçi var.

H.Hacıyev bildirib ki, 1991-ci ildən bu günədək 3413 nəfər mina qurbanı olub. Onlardan 357-si uşaq və yeniyetmə, 38 nəfəri isə qadındır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər