Somalidə son günlər yağan leysan yağışların səbəb olduğu daşqınlar səbəbindən ən azı 8 min insan evlərini tərk edərək köç etmək məcburiyyətində qalıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Son günlər ölkədə baş verən daşqınlar nəticəsində 7 nəfər həyatını itirib. Hiran bölgəsində yağan yağışların təsirli olduğu və Şabel çayında daşma riskinin olduğu qeyd edilib.
Xatırladaq ki, Somali Fəlakətlərin İdarə Edilməsi Agentliyinin məlumatına görə, ötən ilin oktyabr-dekabr ayları arasında ölkə üzrə 2,4 milyon insan daşqınlardan zərər çəkib, 110 nəfər ölüb.
Somalidə leysan yağışlar səbəbindən ən azı 8 min insan evlərini tərk edib
OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?
Növbəti oxuyun
Pakistanda şiddətli yağışlar 11 nəfərin həyatına son qoydu
Növbəti xəbər yüklənir…