Operativ Məlumat Mərkəzi

ARDNF 22,7 milyard dollar gəlir əldə edib

2 dəq
Paylaş:
ARDNF 22,7 milyard dollar gəlir əldə edib

Dövlət Fondu () son 5 il ərzində investisiya fəaliyyəti nəticəsində 22,7 milyard ABŞ dolları gəlir əldə edib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in hesablamalarına əsasən, Fondun investisiya gəlirləri bu dövrdə neft-qaz daxilolmalarını təxminən 3 dəfə üstələyib. Bu göstərici ARDNF-in ehtiyatlarının artımında investisiya fəaliyyətinin rolunun əhəmiyyətli dərəcədə gücləndiyini göstərir.

Ehtiyatların artımında investisiya gəlirləri ilə yanaşı, valyuta məzənnələrinin dəyişməsi və üzrə əldə edilən gəlirlər də mühüm rol oynayıb. Qlobal maliyyə bazarlarında yüksək volatillik, inflyasiya təzyiqləri və faiz dərəcələrinin kəskin dəyişkənliyi fonunda əldə edilən nəticələr Fondun uzunmüddətli, balanslaşdırılmış və risklərə həssas investisiya strategiyasının effektivliyini təsdiqləyir.

Nəticədə, son 5 il ərzində ARDNF-in aktivləri 29,9 milyard ABŞ dolları və ya 70 % artaraq 43,6 milyard ABŞ dollarından 73,5 milyard ABŞ dollarına yüksəlib.

Artımın 22,7 milyard ABŞ dolları investisiya fəaliyyəti (məzənnə fərqləri və qızıl qiymətləri daxil olmaqla), 7,2 milyard ABŞ dolları isə xalis neft-qaz daxilolmaları hesabına formalaşıb. Bu dinamika investisiya fəaliyyətinin ARDNF üçün dayanıqlı dəyər yaradan əsas mənbələrdən birinə çevrildiyini açıq şəkildə nümayiş etdirir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Maliyyə

Hamısına bax