Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Bakıda ayıq sürücü 11 min manat oğurladı

2 dəq
Paylaş:
Bakıda ayıq sürücü 11 min manat oğurladı

Paytaxtın Xətai rayonunda baş verən oğurluq hadisəsində markalı avtomobildən külli miqdarda, 11 000 manat vəsait oğurlanıb.

“Operativ Məlumat Mərkəzi-OMM”-in Daxili İşlər Nazirliyinə (DİN) istinadən verdiyi məlumata görə, vətəndaşın şikayəti əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlə əməli törətməkdə şübhəli bilinən 34 yaşlı R. saxlanılıb.

Araşdırmalarla məlum olub ki, o, hadisə vaxtı avtomobilin sahibinə “ayıq sürücü” göstərdiyini bildirərək vasitəsinin sükanı arxasına əyləşib. R.Quliyev avtomobili qarajda saxladıqdan sonra isə zərərçəkənin ani diqqətsizliyindən istifadə edərək saxlanc yerində olan pul vəsaitini talayıb.

Rayon ərazisində keçirilən digər tədbir nəticəsində isə bank kartından 723 manat oğurlamaqda şübhəli bilinən şəxslər də müəyyən olunub. Fakt üzrə 35 yaşlı S.Ramazanov və əvvəllər məhkum olunmuş 25 yaşlı X.Mehdiyev saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax