Azərbaycanda hava şəraiti kəskinləşib: Balakən-Şəki bölgəsində intensiv yağış, dağlıq ərazilərdə isə qar yağır.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin 14 aprel saat 11:00-a olan rəsmi məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.
Qar örtüyünün hündürlüyü Şahdağda 101 sm, Zaqatalada (Əlibəy) 36 sm, Qaxda (Sarıbaş) 34 sm, Xaltan və Qrızda 18 sm, Xınalıqda 12 sm təşkil edir. Həmçinin Şahbuz və Qusarda (Laza) 6 sm, Kəlbəcərdə 2 sm, Lerik, Laçın və Şuşada 1 sm qar qeydə alınıb.
Düşən yağıntının miqdarı Qəbələdə 32 mm, Oğuzda 28 mm, Sabirabadda 23 mm, Şəkidə 22 mm, İsmayıllıda (İvanovka) 18 mm, Ağsu və Balakəndə 16 mm, Şamaxı və Biləsuvarda 13 mm, Neftçala və Lerikdə 11 mm olub.
Yağıntı Şirvan, Qobustan, Xızı və Göyçayda 10 mm, İmişlidə 9 mm, Gədəbəy və Culfada 8 mm, Ordubad, Quba və Astarada 7 mm, Ağdam, Mingəçevirdə 6 mm, Lənkəran, Yardımlıda 5 mm qeydə alınıb.
Bakıda və Abşeron yarımadasında, eyni zamanda Beyləqan, Daşkəsən və Naxçıvanda 4 mm, Göygöl, Goranboy, Kürdəmir və Zərdabda 3 mm, Şərur, Sədərək, Tərtər, Bərdə, Yevlax və Xaçmazda 2 mm yağıntı düşüb.
Digər ərazilərdə – Gəncə, Naftalan, Şabran, Cəbrayıl, Qubadlı, Xankəndi, Xocalı və Füzulidə isə yağıntının miqdarı 1 mm-dək qeydə alınır.