Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Martın 1-nə hava: Qar və şaxta gözlənilir

2 dəq
Paylaş:
Martın 1-nə hava: Qar və şaxta gözlənilir

Martın 1-də Azərbaycanda müşahidə olunacaq ilə bağlı rəsmi proqnoz açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Operativ Məlumat Mərkəzi-OMM”-ə verilən məlumata görə, sabah ölkə ərazisində olacaq.

Bakıda və yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı və əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam saatlarında bəzi yerlərdə az yağıntılı hava şəraiti ehtimal olunur. Mülayim şimal-qərb arabir güclənəcək.

Paytaxtda havanın temperaturu gecə 0-2° isti, gündüz isə 3-5° isti təşkil edəcək. Atmosfer təzyiqi 766 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək, nisbi rütubət isə 70-80% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı ərazilərdə yağıntıların intensiv xarakter alması ehtimalı var. Gecə və səhər saatlarında bəzi yerlərdə duman olacaq, mülayim şərq küləyi əsəcək.

Temperatur bölgələrdə gecə 0-4° isti, gündüz 4-7° isti olacaq. Dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz isə 0-5° şaxta gözlənilir.

Xəbərdarlıq: Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax