Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Joze Mourinyo "Real Madrid" üçün yeni transfer hədəfini müəyyənləşdirib

1 dəq
Paylaş:
Joze Mourinyo "Real Madrid" üçün yeni transfer hədəfini müəyyənləşdirib

Səudiyyə Ərəbistanının “Al-Nassr” klubundan ayrılaraq azad agent statusu qazanan xorvatiyalı yarımmüdafiəçi karyerasını İspaniyada davam etdirə bilər.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, idman jurnalisti Saşa Tavolyerinin yaydığı məlumata əsasən, 33 yaşlı futbolçu ilə maraqlanan klublardan biri də Madrid “Real”ıdır.

Məlumata görə, Brozoviçlə bir illik müqavilə imzalanması ehtimalı nəzərdən keçirilir.

Qeyd edək ki, xəbərdə Joze Mourinyonun transferi dəstəklədiyi iddia olunur. Lakin hazırda ”in deyil və bu iddia rəsmi şəkildə təsdiqlənməyib.

Brozoviç Avropa futbolunda ən uğurlu dövrünü 2015–2023-cü illərdə İtaliyanın “İnter” klubunda keçirib.

Təcrübəli yarımmüdafiəçi Xorvatiya milli komandasının heyətində 99 oyunda meydana çıxıb və 7 qola imza atıb.

Onun gələcək karyerası ilə bağlı yekun qərarın yaxın vaxtlarda veriləcəyi gözlənilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax