Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

"Epşteynin sənədləri" onun Putinə olan "qarşılıqsız sevgisini" ortaya qoyur - KİV

2 dəq
Paylaş:
"Epşteynin sənədləri" onun Putinə olan "qarşılıqsız sevgisini" ortaya qoyur - KİV

Epşteynin Putinlə görüşmək cəhdləri üzə çıxıb.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, “Sky News”un məlumatına görə, amerikalı maliyyəçi Ceffri Epşteynin Prezidenti Vladimir Putinlə görüşmək üçün uzun müddət davam edən cəhdləri onun Rusiya liderinə qarşı “qarşılıqsız sevgisini” xatırladır.

Məqalədə qeyd olunur ki, Vladimir Putinin adı Epşteynə aid sənədlərdə 1000-dən çox dəfə çəkilir. Bununla belə, bu faktın heç bir qanun pozuntusu demək olmadığı və onların real olaraq görüşdüyünə dair hər hansı sübutun mövcud olmadığı vurğulanır. Bildirilir ki, sənədlər Epşteynin Putinlə görüşməyə ciddi şəkildə can atdığını göstərir.

"Sky News"un məlumatına əsasən, Epşteyn 2011–2018-ci illər ərzində Rusiya Prezidenti ilə əlaqə qurmağa dəfələrlə cəhd edib. Bu cəhdlərin böyük hissəsi 2009–2019-cu illərdə Avropa Şurasının vəzifəsində çalışmış Yaqland vasitəsilə həyata keçirilib.

Məsələn, 2018-ci ildə Epşteyn Yaqlanda bir daha “Putinlə həqiqətən görüşmək istədiyini” bildirib.

Məqalədə vurğulanır ki, bu faktlar “inkaredilməz günah sübutu deyil” və daha çox Epşteynlə Putin arasında baş tutmamış, qarşılıqsız münasibət cəhdi təsiri bağışlayır.

Xatırladaq ki, Rusiya Prezidentinin katibi Dmitri Peskov daha əvvəl Kremlin Ceffri Epşteyndən Vladimir Putinlə görüşlə bağlı heç bir təklif almadığını açıqlamışdı.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax