Operativ Məlumat Mərkəzi

Slovakiyada prezident seçkilərinin ikinci turu keçiriləcək

1 dəq
Paylaş:
Slovakiyada prezident seçkilərinin ikinci turu keçiriləcək
Səslərin 98,4 faizinin hesablanmasının nəticələrinə əsasən, Slovakiya parlamentinin sədri Peter Pelleqrini və keçmiş xarici işlər naziri İvan Korçok...

Səslərin 98,4 faizinin hesablanmasının nəticələrinə əsasən, Slovakiya parlamentinin sədri Peter Pelleqrini və keçmiş xarici işlər naziri İvan Korçok müvafiq olaraq 42 və 37 % səs toplayaraq prezident seçkilərinin ikinci turuna vəsiqə qazanıblar.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bu barədə Slovakiyanın "SME" nəşri Statistika İdarəsinə istinadən xəbər yayıb.

Slovakiyanın Baş naziri Robert Fiçonun fikirlərini bölüşən Pelleqrini 42,1 % səs toplayıb. Respublika parlamentinin rəhbəri Bansk-Bistrisk (44 %), Trnava (42 %) və Trenç (43 %) vilayətlərində üstünlük təşkil edən səs toplayıb.

Bu arada, liberal siyasətə sadiq qalan diplomat Korçok paytaxt regionunda - Bratislava vilayətində (62%) elektoratın ən böyük dəstəyinə malikdir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər