Əsas məzmuna keç

Slovakiya Prezidenti Heydər Əliyevin məzarını ziyarət etdi

Slovakiya Prezidenti Heydər Əliyevin məzarını ziyarət etdi

Slovakiya lideri Peter Pellegrini Bakıya rəsmi səfəri çərçivəsində Fəxri xiyabana gələrək, müasir Azərbaycanın banisinin xatirəsini ehtiramla yad edib.

en ru

Azərbaycanda rəsmi səfərdə olan Slovakiya Prezidenti Pelleqrini iyulun 15-də xiyabana gələrək Ümummilli Lider, müasir müstəqil dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Slovakiya Prezidenti Ulu Öndərin məzarı önünə əklil qoyub.

Peter Pelleqrini, həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsinə ehtiramını ifadə edib, məzarı üzərinə tər güllər düzüb.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad olunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…