"Mançester Siti" yarımmüdafiəçi Kevin De Bruynenin əvəzedicisini tapıb.
"Operativ Məlumat Mərkəzi-OMM" "TBR Football"a istinadən xəbər verir ki, belçikalının müqaviləsi cari mövsümün sonunda başa çatır.
De Bruynenin "Siti"dəki varisi onun həmyerlisi Şarl de Ketelaere ola bilər.
"Mançester Siti" Atalanta ulduzunu heyətinə qatmaq istəyir.
De Ketelaere "Transfermarkt" tərəfindən 38 milyon avro dəyərində qiymətləndirilir.
23 yaşlı futbolçu Gian Piero Qasperininin komandasının heyətində 37 oyunda 11 qol vurub və 11 məhsuldar ötürmə edib.