Şimşək, külək, yağış - ƏHALİYƏ XƏBƏRDARLIQ!

Şimşək, külək, yağış - ƏHALİYƏ XƏBƏRDARLIQ!
27.08.2024 12:30
Aa
dəq

Avqustun 28-də Azərbaycanda hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi norma daxilində, 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 34-39° isti, dağlarda gecə 13-18° isti, gündüz 21-26° isti olacaq.

Həftənin ən çox oxunanları

"Qar, dolu, leysan..." - ƏHALİYƏ XƏBƏRDARLIQ EDİLDİ!

DAVAMIN OXU davamın oxu

“Sentyabrın 16-da…” - Əhaliyə XƏBƏRDARLIQ!

“Sentyabrın 16-da…” - Əhaliyə XƏBƏRDARLIQ!
DAVAMIN OXU davamın oxu

"Qar, leysan, şimşək..." - ƏHALİYƏ XƏBƏRDARLIQ!

DAVAMIN OXU davamın oxu

"Sentyabrın 16-dan 17-dək..." - ƏHALİYƏ XƏBƏRDARLIQ!

DAVAMIN OXU davamın oxu

"Sulu qar, leysan, şimşək..." - ƏHALİYƏ XƏBƏRDARLIQ!

DAVAMIN OXU davamın oxu