Operativ Məlumat Mərkəzi

Şimali Koreya lideri nüvə silahı proqramını sürətlə genişləndirməyə çağırıb

1 dəq
Paylaş:
Şimali Koreya lideri nüvə silahı proqramını sürətlə genişləndirməyə çağırıb
bu barədə ''Bloomberg'' məlumat yayıb. Bu yaxınlarda buraxılmış ''Choe Hyon'' esminesini ziyarət edən Kim bildirib ki, Şimali Koreya ətrafında...

Şimali Koreya lideri Kim Çen In ölkənin nüvə silahı proqramını "sürətlə genişləndirməyə" çağırıb və bu, birgə hərbi təlimlər keçirən ABŞ və Cənubi Koreya ilə gərginliyi artırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ''Bloomberg'' məlumat yayıb.

Bu yaxınlarda buraxılmış ''Choe Hyon'' esminesini ziyarət edən Kim bildirib ki, Şimali Koreya ətrafında təhlükəsizlik vəziyyəti "nüvə proqramının sürətlə genişləndirilməsini" və donanmanın sürətləndirilmiş inkişafını tələb edir.

"Kim Çen In bildirib ki, ABŞ və Koreya Respublikası arasında hərbi əlaqələrin gücləndirilməsi və güc nümayişi onların müharibəni alovlandırmaq istəyinin ən bariz təzahürüdür və regionda sülh və təhlükəsizliyin məhv edilməsi mənbəyidir", - o, deyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər