Əsas məzmuna keç

Şimali Koreya illər sonra sərhədlərini açır

Şimali Koreya illər sonra sərhədlərini açır

Çində fəaliyyət göstərən tur şirkətləri də "Facebook" səhifəsindən açıqlama verərək, dəqiq tarixlər bilinməsə də turistlərin bu qış Samjiyona gedə...

Dünyanın ən qapalı ölkələrindən biri olan illər sonra qapılarını xarici turistlərin açacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Çində fəaliyyət göstərən tur şirkətləri də "Facebook" səhifəsindən açıqlama verərək, dəqiq tarixlər bilinməsə də turistlərin bu qış Samjiyona gedə biləcəyini bildirib.

Hələlik yalnız Samjiyon rəsmi olaraq açıqlansa da, Pxenyan və digər yerlərin də açılacağını gözlənilir.

Şimali Koreyanın dağlıq şimal sərhədi yaxınlığında yerləşən Samjiyon ölkədə müqəddəs sayılan Paektu dağına açılan qapıdır və rəsmi rəvayətlərə görə keçmiş Şimali Koreya lideri Kim Çen İrin doğulduğu yerdir.

Onun oğlu və varisi Kim Çen In şəhərdə mənzillər, hotellər və xizək kurortundan ibarət nəhəng layihəni həyata keçirmək üçün böyük vəsait ayırıb.

Şəhər “sosialist utopiyası” kimi dizayn edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…