Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Venesuelada güclü zəlzələlər: Səhiyyə sistemi çöküş həddindədir

3 dəq
Paylaş:
Venesuelada güclü zəlzələlər: Səhiyyə sistemi çöküş həddindədir

Venesuelanın şimalında baş verən güclü nəticəsində ölkənin səhiyyə sistemi ciddi böhranla üzləşib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Dünya Səhiyyə Təşkilatının (DST) məlumatına əsasən, 7,2 və 7,5 bal gücündə qeydə alınan ardıcıl zəlzələlər nəticəsində 1700-dən çox insan həyatını itirib, minlərlə şəxs isə xəsarət alıb. xəstəxanalar, məktəblər və su təchizatı sistemləri də daxil olmaqla mühüm infrastruktur obyektlərinə ciddi ziyan vurub.

DST-nin sözçüsü Kristian Lindmayer Cenevrədə keçirdiyi brifinqdə bildirib ki, ən azı üç tibb müəssisəsi tamamilə yararsız vəziyyətə düşüb, daha altı xəstəxana isə məhdud fəaliyyət göstərir.

Onun sözlərinə görə, 21 tibb müəssisəsində aparılan qiymətləndirmələr xəstəxanalarda sıxlığın artdığını, cərrahi növbələrinin uzandığını və travmatoloji, eləcə də neyrocərrahi yardıma tələbatın kəskin yüksəldiyini göstərib.

Bildirilib ki, xüsusilə La-Quayra bölgəsində mama-ginekologiya sahəsində çalışan tibb işçilərinin itkin düşməsi ana və uşaq sağlamlığı xidmətlərinə mənfi təsir göstərib.

Məlumata görə, zəlzələdən zərər çəkən bölgələrdə axtarış-xilasetmə əməliyyatları davam etdirilir. Hazırda 27 ölkədən gəlmiş 2200-dən çox xilasedici və 140 xüsusi təlim keçmiş axtarış iti dağıntılar altında qalan insanların tapılması üçün fəaliyyət göstərir.

BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) tərəfindən La-Quayra bölgəsində intensiv terapiya və travma şöbələri ilə təchiz olunmuş üç səhra xəstəxanası yaradılıb.

DST mütəxəssisləri peyvəndlənmə səviyyəsinin aşağı olduğu ərazilərdə sarı qızdırma və denge qızdırmasının yayılma riskinin yüksəldiyi barədə xəbərdarlıq ediblər.

UNICEF-in məlumatına görə, təbii fəlakət yüz minlərlə uşağa təsir göstərib. Paytaxt bölgəsində 432 məktəb zədələnib, onların bir qismi isə müvəqqəti sığınacaq kimi istifadə olunur.

təşkilatlar hazırda 650 minə yaxın zərərçəkənə, o cümlədən 234 min uşağa göstərilməsi üçün zəruri təchizatın bölgəyə çatdırılması istiqamətində fəaliyyətlərini davam etdirirlər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax