Çin Xalq Respublikasının sədri Si Cinpin Rusiya ilə Çin arasında inkişaf edən münasibətlərin perspektivlərini “rəngarəng” adlandırıb.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, “Al Jazeera”nın məlumatına görə, Si Cinpin Rusiya Prezidenti Vladimir Putinlə görüşündə iki ölkə arasındakı münasibətlərin daha da möhkəmlənəcəyinə inamını ifadə edib.
Çin lideri bildirib ki, hazırda beynəlxalq nizamda qeyri-müəyyənlik və gözlənilməzlik əhəmiyyətli dərəcədə artıb. Buna baxmayaraq, Pekin və Moskva arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsinin vacib olduğunu vurğulayıb.
Si Cinpin üçüncü tərəflərin təzyiqlərinə baxmayaraq, iki ölkə arasında möhkəm əlaqələrin qorunub saxlanılmasının əhəmiyyətini qeyd edib.
Görüş avqustun 31-də Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində baş tutub.
Kremlin nümayəndəsi Dmitri Peskovun sözlərinə görə, liderlər ikitərəfli münasibətləri, ticarət-iqtisadi əməkdaşlığı və beynəlxalq gündəmin aktual məsələlərini müzakirə ediblər.