Operativ Məlumat Mərkəzi

Si Cinpin Moskvaya gedəcək

1 dəq
Paylaş:
Si Cinpin Moskvaya gedəcək
bu barədə Rusiyanın Çindəki səfiri İqor Morqulov məlumat verib. Çin rəsmiləri hələ ki, məlumatı şərh etməyiblər. “Çin Xalq Respublikasının sədri Si...

Çin sədri Si Cinpin Moskvada Böyük Vətən Müharibəsində Qələbənin 80-ci ildönümünə həsr olunmuş bayram tədbirində iştirak edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiyanın Çindəki səfiri İqor Morqulov məlumat verib.

Çin rəsmiləri hələ ki, məlumatı şərh etməyiblər.

“Çin Xalq Respublikasının sədri Si Cinpin mayın 9-da Moskvada Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak etmək dəvətini qəbul edib və öz növbəsində Vladimir Putini sentyabrın əvvəlində planlaşdırılan bayram tədbirləri üçün Çinə dəvət edib”, – diplomat “Rossiya 24” telekanalının efirində bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər