Şuşa ilə bağlı ən böyük çətinlik və özəllik ondan ibarətdir ki, bütün layihələrimiz milli irsin qorunması standartlarına və tələblərinə uyğun gəlməlidir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Şəhərsalmanın yenidən qurulması - Azərbaycan şəhər transformasiyası üçün İnnovasiya Laboratoriyasını necə yaratdı?” mövzusunda tədbirdə danışıb.
O bildirib ki, bura memarlıq üslubu da daxildir: “Əgər Şuşadakı yaşayış kompleksimizə gəlib baxsanız, binaların fasadlarında nadir və yerli təbii daşlardan istifadə edildiyini və çox maraqlı görünüş alındığını müşahidə edə bilərsiniz”.