“Şamaxı” futbol klubu ilə baş məşqçi Ayxan Abbasov arasındakı əməkdaşlığa xitam verilib. Bu barədə məlumatı “Operativ Məlumat Mərkəzi-OMM”-ə bölgə klubunun mətbuat xidmətindən təsdiqləyiblər.
Məlumata görə, mütəxəssislə imzalanmış müqavilənin müddəti başa çatıb və tərəflər sözləşməni uzatmamaq barədə qərar qəbul ediblər.