"Gürcü əsgərlərinin töhfə verdiyi faşizm üzərində qələbə olmasaydı, Avropa İttifaqı mövcud olmazdı".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri respublika parlamentinin spikeri Şalva Papuaşvili bildirib.
“Əgər faşizm üzərində qələbə və müharibədə həlak olan 300.000 gürcün töhfəsi olmasaydı, Avropa İttifaqı və ya Avropa Günü olmazdı. Bu, bütün Aİ vətəndaşlarının və diplomatlarının başa düşməli olduğu ən vacib şeydir. Keçən il, veteranlarımızın təmsil olunduğu 9 May anım tədbirində bir dənə də olsun Aİ nümayəndəsini görmədik. Və onlardan faşizm üzərində qələbənin və ya 9 Mayın əhəmiyyəti barədə bir kəlmə də eşitmədik”, - Papuaşvili qeyd edib.
Onun sözlərinə görə, faşizm üzərində qələbə olmasaydı, Avropa coğrafi cəhətdən mövcud olardı, lakin ideoloji cəhətdən necə olacağını tarixdən faşizmin məqsədlərini bilməklə təxmin etmək olar.