Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

"Şaxtyor" 12 milyon avroya braziliyalı gənc hücumçu transfer edir

1 dəq
Paylaş:
"Şaxtyor" 12 milyon avroya braziliyalı gənc hücumçu transfer edir

Donetskin "Şaxtyor" klubu Braziliyanın "" komandasının gənc hücumçusu və Bruninyonun transferi ilə bağlı razılığa gəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə tanınmış idman insayderi Fabrisio Romano məlumat yayıb.

Məlumata görə, 17 yaşlı futbolçu gələn yay Ukrayna təmsilçisinin heyətinə qatılacaq.

Transferin dəyəri 88 milyon Braziliya realı (təxminən 12 milyon avro) təşkil edir.

Halbuki, "Transfermarkt" portalında oyunçunun bazar dəyəri 2 milyon avro olaraq qiymətləndirilir.

Fabrisio Romano qeyd edib ki, bu, "Şaxtyor" klubunun qarşıdan gələn pəncərəsindəki yeganə hədəfi deyil və komanda daha bir neçə yeni oyunçu cəlb etməyi planlaşdırır.

Tam adı Bruno Braqa Ramos olan gənc istedadın statistikası aşağıdakı kimidir:

  • Cari mövsümdə " " forması ilə 17 oyun;
  • Rəqib qapılarından keçirilmiş 4 qol;
  • Braziliyanın gənclər yığmasında bir neçə çıxış.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax