Operativ Məlumat Mərkəzi

Seym sədri: Latviya Azərbaycanın azad edilmiş ərazilərinin bərpasına kömək etməyə hazırdır

1 dəq
Paylaş:
Seym sədri: Latviya Azərbaycanın azad edilmiş ərazilərinin bərpasına kömək etməyə hazırdır
bunu Latviya parlamentinin sədri Dayqa Mierinya Bakıda mətbuat konfransı zamanı deyib. O vurğulayıb ki, səfəri zamanı Latviya ilə Azərbaycan arasında...

Latviya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi üçün çoxlu imkanlar var.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Latviya parlamentinin sədri Dayqa Mierinya Bakıda mətbuat konfransı zamanı deyib.

O vurğulayıb ki, səfəri zamanı Latviya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün müxtəlif imkanlar müzakirə edilib:

"Məsələn, biz konkret addımları müzakirə etdik. Söhbət Latviyanın Şuşa şəhərinin yenidən qurulmasında necə iştirak edə biləcəyindən və ya regionun bərpasına necə kömək edə biləcəyindən gedir. Biz kənd təsərrüfatı, logistika, turizm, mübadilə, təhsil və mədəniyyət sahələrində potensial əməkdaşlığı müzakirə etdik".

Bu xəbəri paylaş

Oxşar xəbərlər