Əsas məzmuna keç

Serj Sarqsyan parlament seçkilərində iştirak etməyəcək

Serj Sarqsyan parlament seçkilərində iştirak etməyəcək

Ermənistan Respublika Partiyasının lideri siyasi mübarizədən çəkilir. Eks-prezident Samvel Karapetyan və Arman Tatoyan haqqında gözlənilməz açıqlamalar verdi.

en ru

Ermənistanın üçüncü prezidenti və Respublika Partiyasının sədri qarşıdan gələn seçkilərdə iştirak etməyəcəyini təsdiqləyib.

“Operativ Məlumat Mərkəzi-OMM” Ermənistan mediasına istinadən xəbər verir ki, o, bu barədə Ermənistan Respublika Partiyasının 18-ci qurultayı öncəsi bildirib.

Müxalifət qüvvələrindən hansını — Karapetyanı, yoxsa Arman Tatoyanı dəstəkləyə biləcəyi ilə bağlı sualı cavablandıran Serj Sarqsyan bildirib ki, bu barədə bu gün seçkilər ərəfəsində keçirilən Ermənistan Respublika Partiyasının növbəti qurultayında elan ediləcək.

O, həmçinin qeyd edib ki, Ermənistan Respublika Partiyası bütün müxalifət qüvvələrini dəstəkləyir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…