Operativ Məlumat Mərkəzi

Sergey Lavrov Hakan Fidanla taxıl sazişini müzakirə edib

1 dəq
Paylaş:
Sergey Lavrov Hakan Fidanla taxıl sazişini müzakirə edib
nazirlər Ukraynadakı vəziyyət, eləcə də İstanbul taxıl anlaşması barədə fikir mübadiləsi aparıblar. İyulun 5-də Fidan bildirib ki, Ankara iyulun 17-də...

Rusiya və Türkiyə xarici işlər nazirləri Sergey Lavrovla Hakan Fidan arasında telefon danışığı olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, nazirlər Ukraynadakı vəziyyət, eləcə də İstanbul taxıl anlaşması barədə fikir mübadiləsi aparıblar.

İyulun 5-də Fidan bildirib ki, Ankara iyulun 17-də başa çatacaq taxıl müqaviləsinin uzadılmasının tərəfdarıdır. Onun sözlərinə görə, Türkiyə ən mühüm mövzular üzrə danışıqların aparılmasını təmin edə bilib, taxıl müqaviləsi sayəsində Türkiyə tərəfi Rusiya, Ukrayna və BMT-ni danışıqlar masası arxasına keçirə bilib və bununla da qlobal ərzaq böhranının qarşısını alıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər