Operativ Məlumat Mərkəzi

Serbiyada növbədənkənar seçkilər keçiriləcək

1 dəq
Paylaş:
Serbiyada növbədənkənar seçkilər keçiriləcək
bunu ölkə Prezidenti Aleksandr Vuçiç açıqlayıb. O, seçkilərin keçirilə biləcəyi tarixin hələ məlum olmadığını bildirib. “Aydındır ki, bizdə növbədənkənar...

Serbiyada növbədənkənar parlament seçkiləri keçiriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Aleksandr Vuçiç açıqlayıb.

O, seçkilərin keçirilə biləcəyi tarixin hələ məlum olmadığını bildirib.

“Aydındır ki, bizdə növbədənkənar parlament seçkiləri təşkil ediləcək. Burada həll edilməli yeganə məsələ seçkilərin hansı ayda baş tutmasıdır”, - Vuçiç əlavə edib.

Prezident qeyd edib ki, müxalifət onu zorakılığı təşviq etməkdə və söz azadlığını boğmaqda ittiham edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər