Operativ Məlumat Mərkəzi

Serbiya-Xorvatiya sərhədində avtomobildə radioaktiv maddə tapılıb

2 dəq
Paylaş:
Serbiya-Xorvatiya sərhədində avtomobildə radioaktiv maddə tapılıb
hadisə şənbə günü saat 20:30-da (GMT 19:30) Sombor şəhəri yaxınlığındakı Bezdan sərhəd-keçid məntəqəsində baş verib. "Audi" markalı avtomobilin sonrakı...

Serbiyada avtomobilində radioaktiv maddə aşkar edildikdən sonra üç Xorvatiya vətəndaşı həbs edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" "BBC NEWS"-a istinadən xəbər verir ki, hadisə şənbə günü saat 20:30-da (GMT 19:30) Sombor şəhəri yaxınlığındakı Bezdan sərhəd-keçid məntəqəsində baş verib. "Audi" markalı avtomobilin sonrakı axtarışı zamanı ehtiyat təkərdə radioaktiv ildırım çubuğunun başı tapılıb.

Radioaktiv materialın miqdarı və ya onun potensial təsiri barədə heç bir təfərrüat yoxdur, lakin sərhəd-keçid məntəqəsindəki işçilərə ehtiyat tədbiri olaraq paltarlarını atmaq və tibbi müayinədən keçmək əmri verilib.

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) məlumatına görə, son bir neçə onillikdə dünyada yüz minlərlə radioaktiv ildırım çubuqları quraşdırılıb ki, onlar ildırımın yaxınlıqdakı hədəflərə deyil, çubuqlara dəyməsi şansını artırır.

MAQATE keçən ilki hesabatda "artıq effektivliyi nümayiş etdirmək üçün heç bir inandırıcı elmi sübut hazırlanmadığını" və bir çox ölkələrin bu cihazların istehsalını dayandırmaq qərarına gəldiyini söylədi. Bəziləri artıq quraşdırılmış ildırım çubuqlarından radioaktiv mənbələri çıxarmağa başlayıblar.

Serbiyanın Vinça nüvə tədqiqat institutunun mütəxəssislərinin ildırım çubuğunun başını daha təhlükəsiz yerə köçürdüyü bildirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər