Operativ Məlumat Mərkəzi

Serbiya və Macarıstan iki ölkə arasında neft kəmərinin tikintisinə dair razılığa gəlib

1 dəq
Paylaş:
Serbiya və Macarıstan iki ölkə arasında neft kəmərinin tikintisinə dair razılığa gəlib
bu barədə Serbiyanın “Tanyug” xəbər agentliyi məlumat yayıb. Agentliyin məlumatına əsasən, Serbiya və Macarıstan neft kəmərinin tikintisinə dair anlaşma...

Serbiya və Macarıstan iki ölkə arasında neft kəmərinin tikintisinə dair razılığa gəliblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Serbiyanın “Tanyug” xəbər agentliyi məlumat yayıb.

Agentliyin məlumatına əsasən, Serbiya və Macarıstan neft kəmərinin tikintisinə dair anlaşma memorandumu imzalayıblar.

Memorandumun imzalanması Serbiya Prezidenti Aleksandar Vuçiç, Baş nazir Ana Brnabiç və onların macar həmkarları Prezident Katalin Novak və Baş nazir Viktor Orbanın iştirak etdiyi Serbiya və Macarıstan arasında Strateji Əməkdaşlıq Şurasının ilk iclası çərçivəsində bu gün baş tutub.

Bundan əlavə, iki ölkənin dövlət şirkətləri arasında Avropa bazarından qazın alınması üçün birgə müəssisənin yaradılmasını nəzərdə tutan saziş imzalanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər