Separatçıların “lideri” istefa verdikdən sonra ermənilərin təxribata əl atacağı gözlənilən idi - Deputat

Separatçıların “lideri” istefa verdikdən sonra ermənilərin təxribata əl atacağı gözlənilən idi -  Deputat
01.09.2023 15:15
Aa
dəq

“Son vaxtlar humanitar yardın şousu ilə bərabər ermənilər ciddi cəhdlə müxtəlif istiqamətlərdə, əsasən də Kəlbəcər istiqamətində qoşun və hərbi birləşmələrin cəmləşdirməsini davam etdirir.” 

Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

Deputat qeyd edib ki, separatçıların “lideri” istefaya göndərildikdən sonra, erməni tör-töküntüləri və millətçi qüvvələr təxribata əl atacaqları gözlənilən idi.

“Bu gün səhər saatlarından başlayaraq ermənilər təxribata əl atdılar, hətta PUA-lardan istifadə etdilər və layiqli cavablarını aldılar. Bir sıra havadarların, ermənipərəst fransızların və ya Fransa şəhər merlərinin ermənilərə dəstək verməsi təxribat olacağına zəmin yaradırdı. Ermənilər guya hansısa təxribat törətdiklərini gizlədib, birmənalı şəkildə Azərbaycanın guya atəşkəsi pozması ilə bağlı məlumatları yayırlar. İkinci məsələ ondan ibarətdir ki, artıq separatçıların qondarma “lideri” istefaya göndərildikdən sonra, məlum idi ki, millətçi və separatçı qüvvələr həm İrəvanda, həm də Xankəndində baş qaldırıb daha da ciddi təxribatlara əl atacaqlar. Çünki Paşinyan hakimiyyəti sülhün bərqərar olmasına çalışmaqla bərabər bəyanatar versə də, təbii ki, bu sözdədir və digər qüvvələr bunun əleyhinədir.

Arzu Nağıyev bildirib ki, Azərbaycanda akreditə olunmuş hərbi ateşelərin və digər diplomatların Ağdan – Xankəndi yoluna getməsi və hər baş verən prosesləri öz gözləri ilə görməsi bir daha sübut edir ki, bu, siyasi oyundur - şoudur, məhz buna görə bu təxribatlar davam edir.

“Erməni təxribatına layiqli cavab verilir. Yaralı əsgərlərimiz var, onlara da şəfa diləyirik. Birmənalı şəkildə bütün bu proseslər sülhün bərqərar olmasının qarşısını almaq üçündür. Moskvada keçirilən Türkiyə - Rusiya görüşünün də düşünürəm ki, ermənilər Rusiyanın mövqeyini bildirdikdən sonra təxribat törətməyə çalışırlar. Onlar bununla KTMT qoşunlarının və ya müşahidəçilərinin sərhəddə gətirilməsinə çalışırlar. Azərbaycan öz daxili və xarici siyasətini sülhün bərqərar olunması isiqamətində və hər bir təxribata qarşı cavab verməklə aparacaq. Təxribatlarında qarşısı alınacaq və heç bir vaxt Azərbaycan öz ərazisində ikinci bir erməni dövlətinin yaranması razı olmayacaq! Tez-tez müxtəlif kanallar vasitəsilə Rusiyanın mövqeyini verməyə çalışan ermənilər rusların da bu proseslərə qatılmasına çalışırlar və buna görə də, şərti dövlət sərhəddində təxribatları törədirlər. Yəni bunun hamısı gözləniləndir və adekvat olaraq da cavabları veriləcək”.

Məlik Məlikov

Həftənin ən çox oxunanları

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Avrasiya məkanında yeni imza”-ŞƏRH

“Avrasiya məkanında yeni imza”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Bu dövlətimizin hər bir vətəndaşına qarşı atdığı humanist addımdır”-ŞƏRH

“Bu dövlətimizin hər bir vətəndaşına qarşı atdığı humanist addımdır”-ŞƏRH
DAVAMIN OXU davamın oxu