Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Semeru vulkanı püskürdü: İndoneziyada ardıcıl partlayışlar

1 dəq
Paylaş:
Semeru vulkanı püskürdü: İndoneziyada ardıcıl partlayışlar

İndoneziyanın Yava əyalətində vulkanında ən azı dörd püskürmə baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə "Antara" agentliyi vulkanik müşahidə məntəqəsinin məlumatlarına istinadən bildirib.

Məlumata görə, püskürmə zamanı yaranan kül sütunu kraterdən 1000 metr yüksələrək dəniz səviyyəsindən 4676 metr hündürlüyə çatıb.

Hakimiyyət orqanları yerli sakinlərə və turistlərə məqsədilə kraterdən ən azı 5 kilometr uzaq məsafədə qalmağı tövsiyə edib. Bu xəbərdarlıq püskürmə zamanı isti qaya parçalarının ətrafa yayılması riski ilə əlaqələndirilir.

Qeyd edək ki, püskürmələr zamanı vulkandan əsasən şimal-şərq istiqamətində ağ və boz kül buludları yayılıb.

Bildirilir ki, Semeru İndoneziyanın ən böyük vulkanlarından biri olmaqla yanaşı, Yava adasının ən yüksək zirvəsi hesab olunur və hündürlüyü 3676 çatır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax