Bolqarıstan, Latviya, Litva, Polşa, Rumıniya, Slovakiya və Estoniya Avropa Komissiyasına müraciət edərək, turizm axınının kəskin azalmasının iqtisadiyyata təsirini azaltmaq üçün əlavə tədbirlərin görülməsini istəyiblər.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı "Politico" nəşri əldə etdiyi məktuba istinadən məlumat yayıb.
Bildirilib ki, geosiyasi hadisələr və təhlükəsizliklə bağlı narahatlıqlar adıçəkilən ölkələrin şərq sərhəd bölgələrində turizmin inkişafına ciddi mənfi təsir göstərib.
"Ölkələrimizin şərq sərhəd bölgələrində turist axını əhəmiyyətli dərəcədə azalıb", - məktubda qeyd olunub.
Sənəddə turizmə təsir göstərən konkret təhlükələr və turist sayındakı azalmanın miqyası açıqlanmayıb.
Bununla yanaşı, "Reuters"Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının Latviya səmasında tez-tez görünməsi səbəbindən turistlər Şərqi Latviyaya planlaşdırdıqları səfərləri kütləvi şəkildə ləğv etdiyi ilə bağlı məlumat yaymışdı.