Operativ Məlumat Mərkəzi

Sel suları Lerikdə 2 avtomobil körpüsünə ziyan vurub

1 dəq
Paylaş:
Sel suları Lerikdə 2 avtomobil körpüsünə ziyan vurub
Yağan güclü yağış nəticəsində yaranan sel suları Lerik rayonu ərazisində 2 avtomobil körpüsünə ziyan vurub. Azərbaycan Avtomobil Yolları Dövlət...

Yağan güclü yağış nəticəsində yaranan sel suları Lerik rayonu ərazisində 2 avtomobil körpüsünə ziyan vurub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə Əlaqələr şöbəsindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, 8 metr uzunluğa malik körpülərdən biri Pensər-Toradi avtomobil yolunun 1-ci kilometrində, Pensər çayı üzərində, digər 24 metr uzunluğa malik körpü isə Siyəkü-Şəmətük avtomobil yolunun 1-ci kilometrində, Siyəki çayı üzərində yerləşir.

Yaranmış problemlərlə bağlı məlumat daxil olan kimi dərhal ərazilərə agentliyin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub.

Hazırda sözügedən istiqamətlərdə hərəkətin fasiləsizliyinin və təhlükəsizliyinin təmin olunması və yol qurğularının bərpası istiqamətində işlər aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər