Əsas məzmuna keç

Səhiyyə Nazirliyi günvurma təhlükəsi ilə bağlı əhaliyə müraciət edib

Səhiyyə Nazirliyi günvurma təhlükəsi ilə bağlı əhaliyə müraciət edib

bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev deyib.“Müxtəlif hallarda günvurma nəticəsində bədən hərarəti 40°C və daha yuxarı...

en ru

Ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkənlər, şəkərli diabeti, nevroloji xəstəlikləri və digər xroniki sağlamlıq problemləri olan şəxslər şüalarının təsirinə qarşı daha həssasdırlar.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir deyib.

“Müxtəlif hallarda günvurma nəticəsində bədən hərarəti 40°C və daha yuxarı qalxa bilər. Dəri isti, quru və qızarmış olur, nəbz sürətlənir, tənəffüs tezləşir. Daha ağır hallarda diqqət pozğunluğu, davranış dəyişiklikləri, nitqdə çətinlik, huşun bulanması, qıcolmalar və hətta huşun itirilməsi müşahidə oluna bilər. Bu əlamətlər təcili tibbi yardım tələb edən ciddi vəziyyətin göstəricisidir”, – bildirib.

Zakir Quliyev qeyd edib ki, xüsusilə günəş şüalarının daha intensiv olduğu saat 11:00-dan 17:00-dək açıq havada uzun müddət qalmaq tövsiyə edilmir: “Zərurət olmadıqda çölə çıxmamaq, açıq havaya isə əsasən səhər saat 11:00-dək və axşam 17:00-dan sonra üstünlük vermək məsləhətdir”.

Ekspert vurğulayıb ki, isti havalarda kifayət qədər maye qəbulu günvurmadan qorunmağın əsas şərtlərindən biridir.

Hava proqnozu

22° Bakıda indiTutqun
  1. Bu gün Tutqun 22° 18° yağış 41%
  2. Sabah Yüngül leysan 18° 16° yağış 86%
  3. Birigün Arabir yağış 17° 15° yağış 66%
Bütün rayonlar üzrə proqnoz ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…