Operativ Məlumat Mərkəzi

Şəhid olan 11 nəfərin şəxsiyyəti məhkəmə genetik müayinələrdən sonra müəyyənləşdiriləcək

1 dəq
Paylaş:
Şəhid olan 11 nəfərin şəxsiyyəti məhkəmə genetik müayinələrdən sonra müəyyənləşdiriləcək

Azərbaycan Silahlı Qüvvələri tərəfindən sentyabrın 19-20-da həyata keçirilən uğurlu lokal antiterror tədbirləri nəticəsində şəhid olan 11 nəfərin şəxsiyyəti Məhkəmə Tibbi Ekspertiza tərəfindən məhkəmə genetik müayinələr aparıldıqdan sonra müəyyənləşdiriləcək.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Səhiyyə Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, antiterror tədbirlərində 192 hərbçi və 1 mülki şəxs şəhid olub, 511 hərbçi və mülki şəxs yaralanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər